Obama İrana qarşı anksiyaları daha bir il uzatdı
ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb. APA-nın məlumatına görə, B. Obamanın qərarı texniki xarakter daşıyır. ABŞ prezidenti hər il bu sənədin müddətini uzadır.
ABŞ İrana qarşı 1979-cu il noyabrın 14-dən bəri sanksiyalar tətbiq edir. ABŞ prezidenti Cimmi Karter tərəfindən tətbiq olunmuş sanksiyalara və diplomatik münasibətlərin pozulmasına səbəb ABŞ-ın İrandakı səfirliyinin tutulması və diplomatik korpusun əməkdaşlarının 444 gün girov saxlanılması olub. Bu sanksiyalar ABŞ-dan İrana qida və dərman preparatları daxil olmaqla bir necə malların ixracını, eləcə də İrandan ABŞ-a hər hansı malların idxalını qadağan edir. 1981-ci il yanvarın 19-da Əlcəzair hökumətinin vasitəçiliyi ilə ABŞ-la İran arasında “Əlcəzair sazişi” adlanan sənəd də imzalanıb. Saziş İranın girov saxladığı amerikalılarla bağlı böhranın aradan qaldırılmasını, həmçinin ABŞ və İranın münasibətlərinin nizama salınması üçün bəzi əsas prinsipləri nəzərdə tuturdu. Eləcə də ABŞ İranın daxili işlərinə müdaxilə etməyəcəyini, dondurulmuş bank hesablarını açacağını, İran isə ABŞ-a xarici borclarını ödəyəcəyini vəd etmişdi.
ABŞ hesab edir ki, İran bu sazişə əməl etmir, habelə dünyanı təhlükə qarşısında qoyan nüvə silahı istehsal edir. ABŞ-ın sanksiyaları ilə yanaşı, İrana münasibətdə beynəlxalq sanksiyalar da qüvvədədir.

Oxşar yazılar
Milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirəcək
22 aprel 2025 , 05:19
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verdi
22 aprel 2025 , 03:23
Amerikalı naziri restoranda qarət etdilər
22 aprel 2025 , 01:38
Roma Papası Fransiskin ölüm səbəbi açıqlandı
21 aprel 2025 , 23:49
282 sərnişin ölümlə üz-üzə qaldı – ABŞ-da təyyarə havaya qalxmadan alovlandı
21 aprel 2025 , 22:25
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
21 aprel 2025 , 13:48
Xaçaturyan bacılarının atası barədə MƏHKƏMƏ HÖKMÜ
21 aprel 2025 , 13:20