Ukrayna MSK-sı daha 57 nəfərin mandatını təsdiqləyib
10 noyabr 2012 22:52 (UTC +04:00)

Ukrayna MSK-sı daha 57 nəfərin mandatını təsdiqləyib

Ukrayna Mərkəzi Seçki Komissiyası Ali Radaya birmandatlı dairə üzrə daha 57 deputatın seçildiyini təsdiqləyib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bir mandatlı dairə üzrə 255 yerdən 186-sının sahibi təsdiqlənib.

Onların arasında Ukrayna baş nazirinin oğlu Aleksey Azarov, baş prokurorun oğlu Artyem Pşonka, «Azadlıq» Partiyası sədrinin qardaşı Andrey Tyaqnibok, yerli mətbuatın məlumatına əsasən, müxalifətdəki «Batkivşina»ya sponsorluq edən milyader Konstantin Jevaqonun da adaları var.

Mənbənin məlumatına görə, komissiya hakim Regionlar Partiyasının həm siyahı, həm də birmandatlı dairlər üzrə daha çox yer qazandığını bildirib.

Mərkəzi Seçki Komissiyası noyabrın 12-dək seçkinin yekun nəticəsini elan etməlidir.
# 702

Oxşar yazılar