Əsəd qızdı: “Ərdoğan sultan olmaq istəyir”
Rusiyanın “Russia Today” telekanalının əməkdaşı Dəməşqdə Suriya prezidenti Bəşər Əsəddən müsahibə götürüb. Lent.az-ın adıgedən kanala istinadən verdiyi xəbərə görə, müxtəlif suallara cavab verən Əsəd Türkiyə ilə münasibətlərdən də danışıb.
Müxbirin Türkiyənin Suriyaya yönəlik siyasəti ilə bağlı sualına cavabında Əsəd bildirib ki, bu gün ona qarşı müxalif qüvvələrə ən böyük dəstəyi Türkiyə verir. Suriya prezidenti Ərdoğanın özünü Osmanlı sultanı kimi apardığını qeyd edib: “Müxaliflərə dəstəyi türk xalqı yox, Ərdoğanın hakim iqtidarı verir. Ərdoğan sanki xilafət qurmaq, regionu Osmanlı imperiyası dövründəki kimi sultan olaraq idarə etmək niyyətindədir”.
Əsəd onu da qeyd edib ki, nə Suriya, nə də Türkiyə xalqları müharibə istəmir. “Bu müharibənin başlayacağını heç ağlıma da gətirmirəm. Amma Suriyadakı silahlı müxalifəti dəstəkləyən təkcə Ərdoğan hökuməti deyil. Qərbin təzyiqləri altında bəzi ərəb dövlətləri də müxalif qüvvələr üçün neft dollarlarının ağzını açıblar” - deyə o, bildirib.

Oxşar yazılar

Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17