75 adda məhsulun idxalı yasaqlanıb
İran xaricidə istehsal olunmuş 75 əmtəənin ölkəyə gətirilməsinə qadağa qoyub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, idxalı qadağan edilən məhsullar arasında kompüter və onun avadanlıqları, mobil telefon, avtomobil, motosiklet, bəzi ev əşyaları, geyim, kosmetik və gigiyenik mallar, uşaq oyuncaqları, lampa növləri, disklər və CD-lər, batareyalar, qabyuyan, paltaryuyan maşınlar, soyuducular, bir sıra kənd təsərrüfatı avadanlıqları və digər malların adları var.
Bununla belə bir sıra malların ehtiyat hissələrinin gətirilməsi qadağan olunmayıb.
İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda ölkəyə gətirilməsini qadağan etdiyi malları “lüks”, “qeyri-zəruri” mallar adlandırıb.
Bəzi təhlilçilər yeni qadağanın ölkədə xarici valyutanın qıt olması və iqtisadi böhran yaranması ilə əlaqələndirir.
Nazirliyin rəsmisi Həmid Safdil isə jurnalistlərə deyib ki, ölkədə oxşarı istehsal olunmayan və ya çox az istehsal edilən kompüter və mobil telefonların adları idxalına qadağa qoyulmuş malların siyahısından çıxarıla bilər.
İranın sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri bundan əvvəl jurnalistlərə demişdi ki, hər il ölkəyə idxal olunan lüks və qeyri-zəruri malların ümumi dəyəri 12 milyard dollara bərabərdir.
Mənbənin bildirdiyinə görə, bununla İran hakimiyyəti valyutaya qənaət etmək niyyətindədir. Oktyabrın əvvəlindən başlayaraq, ölkənin milli valyutası, rial 3 dəfə ucuzlaşıb.

Oxşar yazılar

Şahin Şıxlinski axtarışa verildi
17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu
17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?
17 iyul 2025 , 17:34
İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici
17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular
17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17