ABŞ - İran birbaşa danışıqlara başlayacaq
08 noyabr 2012 20:51 (UTC +04:00)

ABŞ - İran birbaşa danışıqlara başlayacaq

ABŞ - İran birbaşa danışıqları yenə gündəliyə gəlib. Amerikada prezident seçkisindən öncə bununla bağlı xəbər yayılmışdı. Ancaq on da tərəflər bunu xəbər yayılan kimi təkzib etmişdi.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, danışıqların dəqiq başlaycağı gün bilnməsə də, 2012-ci ilin dekabrnda onun keçirləcəyi deyilir.

«DEBKAfile» adını çəkmədiyi Vaşinqtondakı mənbəsinin məlumatına istinadən bildirib ki, vasitəçilər Ağ evlə İranın lideri ayətullah Seyid Əli Xamneyinin dəftəri arasında danışıqların İslam Respublikasında prezident seçksisindən öncə keçirilməsinin vacibliyini vurğulayıblar.

Bu siyasi kampaniya 2013-cü il iyunun 14-də keçiriləcək. Ancaq seçkiqabağı kampaniya gələn il martından başlayacaq. Vaşinqtondan olan mənbənin dəyərləndirilməsinə əsasən, ayətullah Xamneyinin səhhətində problemlər var. O, hakimiyyəti prezident Mahmud Əhmədinejada bağlı qüvvələrdən tez bir zamanda «təmizləmək istəyir» .

Məlmuta əsasən, İranın ali lideri prezidentliyə uyğun namizəd axtarır. Bu dəfə o, səhv etmək istəmir. Çünki onun Əhmədinejadda yanıldığı ehtimal olunur.

Bununla belə «nüvə diplomatiyasını» Tehranın İrandakı prezident seçkisindən sonra davam etdirmək niyyətində olduğuna dair də xəbərlər var.«Biz ABŞ-da prezident seçkinin başa çatmasını gözləmişik, onda amerikalılar bizi niyə gözləməməlidir?»-deyə, iranlı məmur söyləyib.

Londondakı diplomatik mənbə danışıqlarla bağlı bunları söyləyib: «İran ABŞ tərəfindən bölgədə özünün təhlükəsizliyinə təmin istəyir. Ona görə də müzakirə ediləcək məsələlərin yalnız Tehranın atom-nüvə proqramını deyil, daha geniş məsələləri əhatə edəcəyi gözlənilir».

Bir məsələni də qeyd etmək istərdik. Artıq neçə ildir, İrana qarşı hərbi əməliyyatların başlayacağı haqda çeşidli tarixlər söylənilir. Bu baxımdan ehtimal etmək olar ki, iki ölkə arsında danışıqların başlaycağı məsələsi haqda da illər uzundur xəbərlər yayılır.

Belə xəbərlərin yayılmasına əsasən bunun beynəlxalq sosial sifariş olduğunu ehimal etmək olar- ya savaş, ya da barış. Bununla da həm bölgədəki, həm də dünyadakı bir sıra məsələlərin öz yerini tapacağı istisna edilmir.
# 800

Oxşar yazılar