Ukraynada deputatlığa namizəd özünü güllələyib
Ukraynanın Çernovits vilayətində 202-ci seçki dairəsindən deputatlığa namizəd Vladimir Tokaryuk ölüb.
Lent.az-ın «UNİAN»-a istinadən məlumatına görə, ilkin xəbərlərə əsasən o, intihar edib.
Vilayət Daxili İşlər İdarəsi bildirib: «Tokaryuka qarşı güc tətbiqi və ya onun zorаkılıqla öldürülməsi istisnadır».
Agentlik isə namizədin tüfənglə başından vuraraq, özünü öldürməsi ehtimalını dəqiqləşdirir. Güllə onun başını dəlib keçib. O, reanimasiyaya çatdırılsa da, bir müddət sonra keçinib.
Tokaryukun cəsədini evində xanımı aşkar edib.
O, əvvəllər Vitali Kliçkonun «UDAR» Partiyasının üzvü olub. Bir müddət sonra nizamnaməni pozduğuna görə partiya sıralarından çıxarılıb. Hələlik bu məsələyə tam aydınlıq gətirilməyib. Ötən seçkidə 59 yaşlı sahibkar özü namizədliyini irəli sürüb.
Ölkənin informasiya mənbələri çeşidli ehtimallar irəli sürməkdədir. Bəziləri onun seçkiqabağı kampaniya üçün böyük məbləğdə kredit götürdüyünü, bir qism isə onun sağlığında problem olduğunu bildirib.

Oxşar yazılar

Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi
25 iyul 2025 , 00:50
Kadırov Türkiyədə ölümdən döndü
24 iyul 2025 , 20:50
Lukaşenkonun bu ölkəyə girişi həmişəlik qadağan olundu
24 iyul 2025 , 13:02
Film kimi OLAY: insanların pullarını alan səfir TUTULDU
24 iyul 2025 , 12:04
3 nəfəri parçalayan pələngə görə 18 məktəb BAĞLANDI
24 iyul 2025 , 11:35
Zavodda baş verən qəza altı tələbənin həyatına son qoyub
24 iyul 2025 , 06:54