Yunanıstan türkiyəli diplomatla yola getmir
26 oktyabr 2012 06:25 (UTC +04:00)

Yunanıstan türkiyəli diplomatla yola getmir

Hakim Yeni Demokratiya Partiyasının bir qrup deputatı Yunanıstan Xarici İşlər Nazirliyindən Türkiyənin Gümülcine baş konsulu İlhan Şenerin Yunanıstandan çıxarılmasını tələb edib.

Deputatların iddia edir ki, İ.Şener «xalqlar arasındakı münasibətlərə ziyan vurur və qızışdırıcı rol oynayır».

Yunanıstan parlamentində Susurköy imamının Gümülcinə müftisinə göndərdiyi məktubun surəti yayılıb. Məktubdan İ.Şenerin Yunanıstandakı müsəlman icmasına və müfti seçkilərinə təsiri məlum olur.

Yunanıstan XİN Türkiyənin bu ölkədəki səfiri Kərim Urasın məsələ ilə bağlı nazirliyə çağırıldığını və İlhan Şenerin fəaliyyəti ilə əlaqədar rəsmi Afinanın Ankaraya etiraz notası verəcəyi gözlənilir.
# 653

Oxşar yazılar