İranda üç siyasi məhbus edam edildi
21 oktyabr 2012 19:42 (UTC +04:00)

İranda üç siyasi məhbus edam edildi

İranın Sistan və Bəluçistan vilayətinin mərkəzi olan Zihadan şəhərində oktyabrın 21-də üç siyasi məhbus edam edilib.

APA-nın məlumatına görə, milliyyətcə bəluç olan Əbdülbasit Rigi, Əbdülcəlil Kəhrazehi, Yəhya Çarizehi dövlətə qarşı çıxmaqda ittiham ediliblər. Məhkəmənin hər 3 siyasi məhbus üçün çıxardığı ölüm hökmü bu gün səhər saatlarında Zahidan həbsxanasında icra edilib.

Qeyd edək ki, İran edam sayına görə Çindən sonra dünyada ikinci yeri tutur.
# 1063

Oxşar yazılar