«BBC» Suriyanı suçlayır
20 oktyabr 2012 07:18 (UTC +04:00)

«BBC» Suriyanı suçlayır

Britaniyanın teleradio yayım şirkəti verilişlərin yayımlanmasında siqnalın kəsilməsi ilə bağlı yeni bəyanat açıqlayıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, şirkət bu problemin yaradılmasında Suriya rejimini suçlayıb.
Xatırladaq ki, ötən gün «BBC» Yaxın Şərqin bəzi bölgələrində yayım siqnalının boğulması üzündən fasilələrlə yayımlandığını bildirmişdi.

Şirkətin rəsmi açıqlamasına əsasən, belə «məqsədli hücumlara» «BBC Arabic» ərəbcə, «BBC World Service» ərəb və ingilis dilində redaksiyalarının verilişləri məruz qalır. «BBC»-nin məlumatına əsasən, «CNN» və «Amerikanın səsi» üçün də bu sayaq problemlər yaradılır.

Şirkət hesab edir ki, verilişlərin yayımının belə müdaxilə ilə kəsilməsi «televizyia yayımları ilə bağlı beynəlxalq qaydaların kobudcasına pozulmasıdır».

Mənbənin bildirdiyinə əsasən, Suriya hakimiyyəti qərb və ərəb dövlətlərinin informasiya vasitələrini «qərəzli və yalan xəbərlər» yaymaqda «ölkədə vətəndaş savaşını qızışdırmaqda» günahlandırıb.

Qərb KİV-i isə Bəşar Əsəd rejiminə yardım etdiyi üçün İran hakimiyyətini suçlayır.

Oktyabrın əvvəlində bu informasiya vasitəsinin yayımlandığı «Eutelsat» peyk təchizatçısı siqnalı boğduğu üçün İranı ittiham etmişdi.

Bu ilin fevralında isə «BBC» bildirmişdi ki, Tehran hakimiyyəti qurumun fars dilli verilişlərinin yayımını bir neçə dəfə kəsib, İrandakı əməkdaşları isə hədələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22