«Obamaya səs verən işdən qovulacaq»
ABŞ-da ifrat sağçı «Çay Partiyası»-nın önəmli maliyyə dəstəkçisi sayılan David Koç və Carles Koç qardaşları müəssisələrindən çalışan 50 min işçiyə məktub göndərərək, onları noyabrın 6-da Demokratlar Partiyasının namizədi Barak Obamaya səs verməməyə çağırıb.
Lent.az-ın Türkiyənin «NTV» telekanalına istinadən məlumatına görə, ABŞ-da çıxan "In These Times"da çap edilən bu xəbərə əsasən, «Georgia Pacific» şirkətlərinin yiyəsi olan qardaşlar həmin məktubda bildiriblər:«Demokratlar Partiyasına səs verərlərsə, o zaman 50 min işçimizdən bəziləri sanksiyaya məruz qala bilər».
Onlar demokratların yenidən qalib gələcəyi halda inflyasiyanın artacağını, benzin və başqa yanacaq məhsullarının bahalaşacağını, iqtisadi sıxıntıların artacağını da iddia ediblər:«Odur ki, siyasi görüşünüzdən müstəqil çıxış edərək, Demokratlar Partiyasına səs verməyin».
Bu qardaşlar ABŞ-ın ən zəngin insanlarından sayılmaqla yanaşı, ifrat mühafizəkardırlar. «Çay Partiyası»ının isə ölkə siyasətinə təsiretmə gücündə olması üçün onlar milyonlar pul xərcləyir.

Oxşar yazılar

Rusiyada 45 dəqiqədə beş zəlzələ baş verdi
21 iyul 2025 , 23:10
İrana hücum zamanı İsrailə gizli ekstrasenslər qrupu kömək edib - İDDİA
21 iyul 2025 , 15:52
Kamal Kılıçdaroğlunun əkiz qardaşı mübahisə zamanı infarkt keçirib öldü
21 iyul 2025 , 14:19Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar
21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü
21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq
21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı
20 iyul 2025 , 18:02