"Qanuni oğrular" Saakaşvilini devirmək istəyirmiş
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, həmin materiallarda 2011-ci il noyabrın 9-da Fransanın cənubunda “qanuni oğrular”ın keçirilmiş görüşünün videokadrları yer alıb. Bu görüşün Gürcüstanın keçmiş dövlət naziri, rejissor Giorgi Xaindravanın təşəbbüsü ilə keçirildiyi bildirilir.
Fransa jandarmeriyası iddia edir ki, Xaindrava və daha 5 “qanuni oğru” kriminal aləmdə tanınan Revaz Lordkipanidzenin evində bir araya gəlib. Sabiq nazir Gürcüstanda hakimiyyətin dəyişdirilməsi üçün onlardan yardım istəyib. Gürcüstan telekanallarının efirində yayılan videomateriallarda Xaindrava dedikləri əks olunub. O deyib ki, əgər 2012-ci ildə gürcü müxalifəti qalib gəlməsə, ötən əsrin 90-cı illərin ortalarında əhaliyə vahiməli anlar yaşadan “Mxedrioni” tipli silahlı dəstələr yaradılacaq. Xaindrava bu dəstələrin ölkədə terror törədəcəyini bildirib.
Qeyd edək ki, Xaindravanın özü də vaxti ilə “Mxedrioni”nin üzvü olub.
Fransa jandarmeriyasının yaydığı materiallarda qeyd olunur ki, Xaindravanın “qanuni oğrular”la görüşü zamanı Gürcüstanda hakimiyyətin devrilməsi planları razılaşdırılıb.
Onu da bildirək ki, artıq G.Xaindrava Gürcüstan prokurorluğuna çağırılıb.

Oxşar yazılar

Trampdan FES rəhbərinə: İstefa ver
2 avqust 2025 , 08:19
Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi
2 avqust 2025 , 01:56
Trampdan sərt addım - Rusiyanın yaxınlığına iki nüvə sualtı qayıq göndərdi
1 avqust 2025 , 21:57
Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47
Gürcüstan-Rusiya sərhədi nəqliyyat vasitələri üçün bağlandı - VİDEO
31 iyul 2025 , 22:10
"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırladı - VİDEO
31 iyul 2025 , 20:46