Yubka, don və dikdaban ayaqqabı   geyinən KİŞİ
30 may 2022 19:58 (UTC +04:00)

Yubka, don və dikdaban ayaqqabı geyinən KİŞİ

Qeyri-adi istedadları ilə bütün dünyanı həm heyrətləndirən, həm də təəccübləndirən insanlar çoxdur. Bunların arasında həm kişilər, həm də qadınlar var.

Lent.az qeyri-adi geyimi ilə diqqətləri özünə yönəldən 62 yaşlı alman Mark Brayanı sizə təqdim edir. O, ailə baxımından xoşbəxtdir, evlidir, dörd nəvəsi var  və Almaniyanın kiçik bir şəhərində robot mühəndisi işləyir.

Amerikanın “İnterview” nəşrinin jurnalistlərinə müsahibəsində o, sürətli avtomobilləri və gözəl qadınları sevdiyini etiraf edib. Boş vaxtlarında Brayan yerli orta məktəbin futbol komandasına məşqçilik edir.

Bu alman öz imici və üslubu ilə diqqətləri özünə çəkir. Məsələ burasındadır ki, Mark qadın paltarı geyinməyi çox sevir və ofisə gələndə yubka, uzun ətəkli don və dikdabanlı ayaqqabılar geyinir.

Jurnalistlərə deyib ki, onun bu cür geyimə həvəsi 40 il əvvəl başlayıb. Gəncliyində uzun boylu bir qızla görüşüb, eyni ayaqqabı ölçüləri olub. Zarafat üçün o, həmin qızın ayaqqabılarını geyinib. Uzundaban ayaqqabılara əsl həvəs altı il əvvəl başlayıb. Sonra Mark fikirlərini və təbii ki, dəbli şəkillərini bölüşmək üçün “Instagram” hesabı yaratmağa qərar verib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4236
avatar

Oxşar yazılar