Yayda artıq çəkili qadınlar  necə geyinməlidir?
01 may 2023 11:04 (UTC +04:00)

Yayda artıq çəkili qadınlar necə geyinməlidir?

Müasir moda onu göstərir ki, hər yaşda və istənilən bədən quruluşu ilə dəbli görünmək mümkündür. 

Lent.az xəbər verir ki, dəblə ayaqlaşmaq təbii ki, yaxşıdır. Amma insanlar elə seçim etməlidir ki, həmin geyimlərdə həm özünü rahat hiss etsin, həm də gözəl görünsün. 

Yay mövsümündə dolu xanımlar daha çətin anlar yaşayırlar. Çünki onlar artıq çəkilərinə görə çox açıq geyə bilmirlər. 

Stilistlər dolu qadınların əsasən kəsikli və bol paltarlara üstünlük verməsini tövsiyə edir. Onların sözlərinə görə, paltarlarda olan kəsiklərin yerinə və ölçülərinə diqqət edilməlidir. 

Artıq çəkili xanımlar həmçinin, şalvar, şort və ətək kimi geyimlərdən də istifadə edə bilər. Belə ki, onlar çox vaxt bu paltarlarda ətrafdakıların düşüncələrinə görə narahat olurlar. Ancaq xanımlar bilməlidirlər ki, onlar özlərini bu geyimlərdə rahat və sərbəst hiss edirlərsə, yaraşdırırlarsa o zaman ətrafdakıların fikirləri önəmli deyil. Sadəcə olaraq çalışıb cins yox, parçadan olan şortlardan istifadə edilsin. Bu həm isti havalarda sərin qalmaq üçün, həm də rahat hərəkət etmək üçün vacib nüansdır. 

Bundan əlavə, artıq çəkili qadınlar üst geyim kimi ağ köynəklərə, cins şalvar, ona uyğun sadə çanta və rahat yerdən ayaqqabı geyinərək kombinlərini tamamlaya bilərlər. Həmçinin, dolu xanımların çox balaca çantalara üstünlük verməmələri məsləhət görülür. 

Artıq çəkili qadınlar üçün bir neçə kombin təkliflərini təqdim edirik: 

instagram.com/sassyredlipstick

instagram.com

instagram.com/kamenskaya.style

instagram.com

instagram.com/sassyredlipstick

instagram.com/nicolettemason

instagram.com/stylemecurvy

instagram.com

instagram.com

# 2229
avatar

Sevinc Fərid

Oxşar yazılar