Tanınmış stilist Mimi Cattrell 2023-cü ilin yayında balet ayaqqabılarının trend olacağını açıqlayıb.
Lent.az xəbər verir ki, müştərilə arasında model Gigi Hadid və müğənni Ariana Qrandenin də olduğu modelyer balet modellə yanaşı, alçaqdaban ayaqqabıların da trend olacağını bildirib.
“Alçaqdaban ayaqqabıların zərifliyi onların hər zaman dəbdə olacağını göstərir. Mən onları yayda sadə donlarla və ya cins şalvarla geyinməyi tövsiyə edirəm”, - stilist deyib.
Bundan əlavə, Cuttrell platforma ayaqqabılarına, klassik idman ayaqqabılarına və boho stilində sandaletlərin də aktual olacağını qeyd edib.
Dəbli ayaqqabılar siyahısında sifarişlə hazırlanan “loafers” modellər də var. Modelyerin sözlərinə görə, onlar təkcə klassik rəsmi kostyumlarla deyil, həm də gündəlik geyimlərlə kombinlənə bilər.