Dünyanın ən böyük gözəllik və kosmetika şirkəti olan “L'Oreal”ı 60-a yaxın qadın məhkəməyə verib.
Lent.az xəbər verir ki, bu barədə “Business of Fashion” nəşri məlumat yayıb.
Belə ki, qadınlar Fransa brendi olan “L’Oreal”ın saç düzləşdirici vasitələrinin keyfiyyətsiz olmasından şikayətçidirlər. Onlar həmçinin, bəzi ətir növlərinin və kosmetika vasitələrinin tərkiblərinin yoxlanılmasını tələb ediblər.
Çikaqo federal məhkəməsində qaldırılan iddialarda bu məhsulların tərkibində xərçəng və digər xəstəliklərə səbəb olan təhlükəli kimyəvi maddələrin olduğu iddia edilib.
Şikayətçilərin sözlərinə görə, “L'Oreal” rəhbərliyi bundan xəbərdardır. Amma onlar həmin məhsulları satmaqda davam edir.