Stilist Vasiliev 2023-cü ilin trendlərini  SADALADI
30 dekabr 2022 16:34 (UTC +04:00)

Stilist Vasiliev 2023-cü ilin trendlərini SADALADI

Rusiyalı tanınmış stilist Vasiliev 2023-cü ilin trendlərini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, stilist xanımların 80-ci illərin geyim estetikasına diqqət yetirməyə çağırıb.

O, müsahibəsi zamanı 2023-cü ilin dəbli qarderob əşyalarını sadalayıb.

Belə ki, şəffaf rəngli şalvarlar, geniş çiyinli sviterlər və köhnəlmiş formalı cinslər təzə ilin trendləri arasındadır.

Mütəxəssisin sözlərinə görə, tünd qırmızı çalar ilin rəngi olacaq. Qaranı isə mavi, boz, yaşıl və qəhvəyi rənglərlə əvəz etməyi məsləhət görüb.

Qat-qat parçalı və yamaq cibli donlar da ilin aktual olan geyimləri arasındadır. Vasiliev çantalar haqqında da danışıb:

“Qutu çantalar artıq bir neçə mövsümdür ki, dəbdədir. Yeni sezonda bu dəbə xəzli çantalar da əlavə olunacaq. Çalışın rahat və geniş çantalar alın”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794
avatar

Sevinc Fərid

Oxşar yazılar