Stilist Caitlin James qadın fiqurasını korlayan geyimi açıqlayıb.
Lent.az-ın məlumatına görə, o, cibli ağ köynəkləri qadınların tərzini pozduğunu bildirib.
Onun sözlərinə görə, bu geyim qadın fiqurasına yaraşmır və onların tərzini yaxşı göstərmir. Mütəxəssisin fikrincə, sinə nahiyəsində cib olan bu ağ köynək görüntünü pisləşdirir.
“Cib sinə hissəsini ya çox kiçik, ya da böyük göstərir. Həmçinin, bu geyim artıq öz aktuallığını itirib. Onu qarderobunuzdan çıxarmağınız məsləhətdir”, - Ceyms deyib.
Bundan əlavə, stilist V yaxalı köynəklərin də dəbdən düşdüyünü bildirib. Onun sözlərinə görə, hazırda dəyirmi boyunlu geyimlər populyardır.