Böyük Britaniyadan olan tələbə Şennon Standac evdə dəfələrlə boyama proseduru keçirdikdən sonra saçlarının bir hissəsini itirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qız 2017-ci ildən saçlarını müntəzəm olaraq müxtəlif çalarlara boyadığını bildirib.
O, bir sıra təcrübələrdən sonra saçlarını qaradan bənövşəyi rəngə boyamağa qərar verib:
“Dəfələrlə saçımı müxtəlif rənglərə boyamışam. Ən sonda qaradan bənövşəyiyə boyadım. Ağardıcını yuyanda qıvrım saçlarım dəstə-dəstə düşməyə başladı. Keçəl olduğum üçün panikaya düşdüm və hava fenindən istifadə etdim, amma daha da pisləşdi".
Sonra gözəllik salonuna getdim və usta saçımı az da olsa düzəltdi:
"Salona getdim və ondan əvvəlki özünə inamımı bərpa etmək üçün imicimi kökündən dəyişməsini xahiş etdim".