Saçlar necə yuyulmalıdır? -  Usta danışdı
28 aprel 2023 14:01 (UTC +04:00)

Saçlar necə yuyulmalıdır? - Usta danışdı

Avstraliyalı saç ustası Raşel Valentin saçların düzgün yuyulması qaydasından danışıb. 

Lent.az xəbər verir ki, bununla bağlı o, şəxsi “TikTok” hesabında paylaşım edib. 

Saç ustası saçları tərs istiqamətdə yumağı məsləhət görüb. 

“Saçları başı aşağı vəziyyətdə yumaq lazımdır. Şampunu vurmazdan əvvəl saç köklərini yaxşıca islatmaq vacibdir. Təmizləyicini saça iki dəfə tətbiq etmək məsləhətdir. Yuyulmanın 2-3 dəqiqə çəkməsi kifayətdir. Daha sonra saçlarınızı yaxalamazdan əvvəl saç dibləriniz yaxşıca mesaj edilməlidir” , - deyə Valentin bildirib. 

Saç ustası, yuyulma prosesindən sonra saçları dəsmala sarılı şəkildə bir neçə dəqiqə gözləmək lazımdır. Daha sonra onları fenlə qurutmaq tövsiyə edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Sevinc Fərid

Oxşar yazılar