Nişan paltarını seçərkən  nələrə diqqət etməliyik? - Gəlindən göstərişli olmayın - FOTO
27 aprel 2023 17:00 (UTC +04:00)

Nişan paltarını seçərkən nələrə diqqət etməliyik? - Gəlindən göstərişli olmayın - FOTO

Nişan geyimi toy paltarları seçməkdən qat-qat çətindir. Çünki toyda hər şey aydındır. Nə qədər göstərişli və ya sadə geyinməyiniz özünüzdən asılıdır. Ancaq nişan paltarı dəqiqlik tələb edir. 

Lent.az xəbər verir ki, əvvəlcə nişanı olan şəxsdən məclisin mövzusunun və ya “dress code”un olub-olmadığını öyrənmək lazımdır. Belə ki, hər kəs ziyafətə çəhrayı rəngli paltarla qatılırsa, çalışıb siz də ona uyğun geyinməlisiniz. Bu sizin həmin məclisdə özünü yad hiss etməməyiniz və sıxılmamağınız üçün əsaslı səbəblərdən biridir. Ancaq konsepti bəyənmirsinizsə, bu zaman qara paltar sizin xilaskarınız olacaq. 

Nişanda diqqət etməli olduğunuz nüanslardan biri də gəlindən daha göstərişli görünməməyinizdir. Ən yaxın dostunuz olsa belə, gəlini kölgədə qoymamaq üçün ondan daha sadə olmağınız vacibdir. Buna görə gəlinin nə geyinəcəyini öyrənməyə çalışın və mütləq ona mane olmayacaq bir paltar seçin. Xüsusilə də ağ rəngdən uzaq durun. 

Bir neçə nişan paltarı alternativlərini təqdim edirik: 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Sevinc Fərid

Oxşar yazılar