Dünyaca tanınmış model 26 yaşlı Bella Hadid taxdığı papaq ilə gündəm olub.
Lent.az xəbər verir ki, Hadid çəhrayı libası və qara rəngli “Alexander McQueen” markalı çəkmələrini dəri palto ilə kombinləyib. Amma o, ən çox bir tərəfində toxunma çiçək bəzəyi olan çəhrayı papağı ilə diqqət çəkib.
Sosial şəbəkələrdə istifadəçilər tərəfindən modelin papağı ilə bağlı “Yaşlı qadın papağına bənzəyir”, “Niyə təqaüdçüyə oxşayır?”, “Mənim nənəm də eyni papağı geyinir”, “Bu çirkin şeyləri haradan alır?” kimi şərhlər yazılıb.