Çəkili qadınların ən böyük problemlərindən biri də nə geyinəcəkləridir. Bəzən onlar bir çox paltarı geyinməyi özlərinə kompleks edirlər. Əsasən də qarınlı qadınlar...
Daha çox qarın hissədən kökələn xanımların geyim seçimi daha çətindir. Bəs, belə xanımlar necə geyinməlidir?
Lent.az bununla bağlı bir neçə məsləhəti təqdim edir:
Mümkün qədər yüksək bel şalvarlardan uzaq olmaq lazımdır
Məcbur olmadıqca qısa “crop”lar geyinməyin
Çox düşük bel şalvarlardan da istifadə etməyin. Belə şalvarlar qarın nahiyəsini sıxır və artıqlığın yandan görünməsinə səbəb olur
Göbəkli qadınlar qarnı sıxmayan parça şalvarlara üstünlük verməlidir
Çox dar köynəklər qarnı olan qadınların qaçınmalı olduğu modellərdəndir
Zolaqlı dar donlar qarnı olan qadınlar üçün doğru seçim deyil. Bədəni iki yerə bölən r və parçalar və zolaqlı naxışlar sizi həmişə daha dolu göstərəcək.
Qara və ağ kombinlər də bədəni iki yerə ayırır. Amma bu geyimlər daha zərif və sadə görünüş əldə etməyinizə kömək edir. Yüksək belli mini ətəklərlə köynək kombinləri göbəyi olan qadınların istifadə edə biləcəyi geyimlər arasındadır.
Əgər don almaq istəyirsinizsə və göbəyinizdən şikayət edirsinizsə, onu gizlətməyin ən yaxşı yollarından biri nazik kəmərdən istifadə etməkdir. Həmçinin belə etməklə paltarı daha canlı göstərə bilərsiniz.