İngiltərə kralının tacqoyma mərasimindəki geyimi necə olacaq?
01 fevral 2023 14:37 (UTC +04:00)

İngiltərə kralının tacqoyma mərasimindəki geyimi necə olacaq?

İngiltərənin yeni kralı III Çarlzın tacqoyma mərasimində geyinəcəyi libasın bəzi detalları üzə çıxıb.

Lent.az “Express” saytına istinadən xəbər verir ki, Çarlz tacqoyma mərasiminin formatını dəyişdirib.

Məlumata görə, kral monarx adət-ənənələrinə uyğun deyil, daha müasir geyimdə çıxış edəcək.

“N.Peal” geyim brendinin rəhbəri Co Maklarenin sözlərinə görə, Böyük Britaniya kralı dəyişiklikdən qorxmur.

"Kral tac mərasimi üçün geyimə daha modern yanaşacaq, müasir dünyaya uyğunlaşmaq və onu əks etdirmək, eləcə də tarixdə yaddaşlarda qalmağı düşünür",- deyə Maklare bildirib.

Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi bu il mayın 6-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Sevinc Fərid

Oxşar yazılar