Britaniya kral ailəsinin ən gözəl qadını Ledi Amelia Vindzor seçilib.
Lent.az xəbər verir ki, bu barədə “Daily Express” jurnalı məlumat yayıb.
Amelia Vindzor kral ailəsinin ən az tanınan nümayəndəsidir. O, mərhum kraliça Yelizavetanın əmisi oğlu olan şahzadə Eduardın nəvəsidir. Bununla da şahzadə Harri və Uilyamın uzaqdan qohumudur. O, hazırda İngiltərədə taxt üçün 42-ci yerdədir. Amelia ailə tədbirlərində nadir hallarda görünür və vaxtının çoxunu modellik karyerasına həsr edir.
Ledi Amelianı kral ailəsinin ən gözəl qadını seçildikdən sonra insanlar Keyt Middlton və Meqan Markl ilə bağlı zarafat etməyə başlayıblar.
Sosial şəbəkələrdə istifadəçilər "Gənclik qalib gəlir və bu göz qabağındadır", "Çox gözəl qızdır. Ən əsası isə o, krallıq ilə öyünmür”, “Həm Keyt, həm də Meqan itirdi!” kimi şərhlər yazıblar.