Hansı brend  ayaqqabılar dəbdə olacaq? Məşhurların seçdikləri
10 aprel 2023 16:46 (UTC +04:00)

Hansı brend ayaqqabılar dəbdə olacaq? Məşhurların seçdikləri

“Birkenstock” tərlikləri və yunan sandalları bu il də dəbdə olacaq. 

Lent.az “Page Six” jurnalına istinadən xəbər verir ki, model Kendall Cennerin, eləcə də aktrisalar Şarliz Teron və Riz Uizerspunun dəfələrlə ictimaiyyət qarşısına çıxarkən geyindikləri “Birkenstock” brendinin idman ayaqqabıları mövsümün trendi olacaq. 

Bundan əlavə, barmaqdan keçən sandallar bu yay yenidən aktuallaşacaq. Ulduzlar bu ayaqqabıları əsasən “K.Jacques” markasının yeni kolleksiyasından seçiblər. Bu sandalları trend edən isə müğənni Selena Qomez, teleaparıcı Krissi Teygen və teleulduz Cenna Devan da olub. 

Bununla yanaşı, məşhurlar tez-tez “Stuart Weitzman” moda evinin stilettoları da dəbdə olan ayaqqabılar arasındadır. Şahzadə Williamın yoldaşı Kate Middleton, aktrisa Zendaya və Jessica Alba kimi məşhurlar artıq bu ayaqqabılarla ictimaiyyət qarşısına çıxıblar. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Sevinc Fərid

Oxşar yazılar