Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən ziyafətlərin birində görüntülənib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hande məclisə qara dekolteli kombinezonu ilə qatılıb.
O, ziyafətdən olan şəkillərini sosial media hesabında paylaşıb. Qısa zaman ərzində onun paylaşımına 3 milyon 700 min bəyənmə və yüzlərlə şərh gəlib.
Aktrisanın paltarının qiyməti isə 3 min 250 lirə (təxminən 287 manat) olduğu öyrənilib.
Qeyd edək ki, Hande Erçel karyerası ilə yanaşı şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir. Hazırda o, iş adamı Hakan Sabancı ilə sevgilidir.