Fransız makiyajını necə etmək olar? – Minimalizm və təbiilik
21 sentyabr 2023 14:56 (UTC +04:00)

Fransız makiyajını necə etmək olar? – Minimalizm və təbiilik

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı hiss etməyinizə kömək edəcək.

Lent.az parisli qadınların makiyaj sirlərini sizə təqdim edir:

Dərinizi nəmləndirin

İlk addım olaraq dəri tipinizə uyğun nəmləndirici istifadə edin. Beləliklə, dərinizə sağlam və təravətli görünüş verin.

Təbii dəri makiyajı

Fransız makiyajının əsas elementlərindən biri təbii dəri görünüşünə nail olmaqdır. Bunun üçün dəri tonunuza uyğun yüngül örtüklü və parlaq rəngli tonal kremdən istifadə edin.

Göz makiyajına diqqət edin

Üçüncü addım olaraq, minimal göz layneri çəkərək gözlərinizi ön plana çıxarın. Kirpiklərin altını vurğulamaq üçün ora kiçik bir xətt və göz qapağının ortasına qədər çəkmək lazımdır.

Daha sonra açıq tonlarda tutqun göz makiyajı ilə gözlərinizi vurğulayın. Fransız makiyajı üçün zəruri olan uzun və bilinən kirpiklərdir. Bu səbəbdən tuş çəkməyi unutmayın. 

Bronzlaşdırıcı və ənlikdən istifadə etməyi unutmayın

Aydınlaşdırıcılar dərinizin təbii parıltı əldə etməsi üçün ideal köməkçi ola bilər. Sonra təbii qızartı vermək üçün yanaqlara ənlik çəkin.

Son addım olaraq qırmızı dodaq boyası çəkin

Fransız makiyajınızı qırmızı pomada ilə tamamlayın. Çünki bu onun vazkeçilməz hissəsidir. Qalıcı tutqun qırmızı pomada çəkmək sizə gün boyu rahatlıq verəcək.

 

# 6354
avatar

Sevinc Fərid

Oxşar yazılar

İlin ən dəbli  kişi cinsləri  -FOTOLENT

İlin ən dəbli kişi cinsləri -FOTOLENT

28 noyabr 2023 , 11:20
Saçınızı  düyü suyu   ilə yuyun -  Çox effektivdir

Saçınızı düyü suyu ilə yuyun - Çox effektivdir

27 noyabr 2023 , 19:27
Bu qış hansı makiyaj növləri  dəbdə olacaq?

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

27 noyabr 2023 , 16:53
Manikür psixi sağlamlığınıza  necə təsir edir?

Manikür psixi sağlamlığınıza necə təsir edir?

27 noyabr 2023 , 09:46
 Dəri çanta   almaq üçün 5 SƏBƏB

Dəri çanta almaq üçün 5 SƏBƏB

23 noyabr 2023 , 15:22
 Malikanə dəyərində   çantalar - Qiyməti...

Malikanə dəyərində çantalar - Qiyməti...

22 noyabr 2023 , 19:11
Bu qışın ən trend  saç rəngləri

Bu qışın ən trend saç rəngləri

22 noyabr 2023 , 14:08
60-cı illərdən  bu günə qədər dəbdə olan geyimlər

60-cı illərdən bu günə qədər dəbdə olan geyimlər

21 noyabr 2023 , 16:04