Dünyanın ən məşhur   geyim və ayaqqabıları açıqlandı
20 aprel 2023 10:45 (UTC +04:00)

Dünyanın ən məşhur geyim və ayaqqabıları açıqlandı

“Uniqlo fanny” çantaları 2023-cü ilin ən məşhur qarderob əşyalarından biri seçilib. 

Lent.az “Lyst” portalına istinadən xəbər verir ki, moda sənayesində bu ilin ikinci rübündə dəbdə olacaq geyim, ayaqqabı və aksessuarların adları açıqlanıb. 

Məlumata görə, birinci yeri “Uniqlo” brendinin bel çantası, ikinci yeri “Kriester” modelinin “Rick Owens” eynəkləri, üçüncü yeri isə Kim Kardaşyana məxsus “Skims” markasının “body”ləri tutub. 

İlk beşliyi tamamlayan “Astro Boy Boots” rezin çəkmələri və “Diesel maxi” uzunluqlu cins yubka olub.

Bundan əlavə, “Bottega Venetanın Drop” sırğaları, “Adidas Gazelle” idman ayaqqabıları, “Weekday” brendinə məxsus cins şalvar, “Alaia” şirkətinin ürək formalı çantası və “Solomon” və “Maison Margiela” idman ayaqqabıları ən müasir qarderob əşyalarının ilk onluğuna daxil olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Sevinc Fərid

Oxşar yazılar