Bu müsəlman ölkəsində mağazalardan  dodaq boyası yığışdırılır
15 iyun 2022 15:48 (UTC +04:00)

Bu müsəlman ölkəsində mağazalardan dodaq boyası yığışdırılır

Türkmənistanın mağazalarında reydlər keçirilib, bu zaman satış məntəqələrinin sahiblərindən dekorativ kosmetika məhsullarını: dodaq boyası, dırnaq boyası və tuşu satışdan çıxarmaq tələb olunub.

Lent.az bildirir ki, bununla bağlı məlumatlar “Türkmənistan xronikaları” portalında dərc olunub.

İstehlakçıların “sağlamlığına və görünüşünə” zərər verə biləcək gözəllik məhsullarının rəflərdən yığışdırılmağa məcbur edildiyi bildirilir. Satıcılar və alıcılar bildiriblər ki, müfəttişlərin hansı məhsulların satışını  məhdudlaşdırmaq qərarına gəlməsi ilə bağlı dəqiq göstərişləri yoxdur. Qeyd olunur ki, şampun, duş geli və kremlərin satışına icazə verilir.

Bundan əlavə, məlum olub ki, aprel ayında Türkmənistan hakimiyyəti tələbələr və məktəbli qızlarla, o cümlədən büdcə və dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirməyə başlayıb.  Görüşlərdə milli adət-ənənələrə riayət olunmasının zəruriliyi barədə danışıblar.

Həmin görüşlərdə saçın rənglənməsi, qalıcı makiyaj, kirpik və dırnaq uzatma, dodaq böyütmə prosedurları və ümumiyyətlə, makiyajın yolverilməzliyi də müzakirə olunub.

# 3363
avatar

Oxşar yazılar