Bu geyimlər sizi daha qısa göstərəcək - SİYAHI
05 sentyabr 2023 13:58 (UTC +04:00)

Bu geyimlər sizi daha qısa göstərəcək - SİYAHI

Geyimlər görünüşə birbaşa təsir edən amillərdən biridir. Gündəlik olaraq paltar və aksessuar seçərkən çox diqqət etmək lazımdır. Çünki yanlış geyim boyunuzu daha qısa göstərə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi geyimləri, ümumiyyətlə, qarderobunuzdan çıxartmalısınız.

1. Çox rəngli geyinmək

Fərqli rənglərin birlikdə istifadəsi sizi olduğunuzdan daha qısa göstərir. Olduğunuzdan daha uzun görünmək üçün mümkün qədər tək rəngdən istifadə etmək və daha az geyim parçasına üstünlük vermək lazımdır. 

2. Heç vaxt üfüqi zolaqlı paltar geyməyin

Üfüqi xətlər sizi həm kök, həm də qısa göstərir. Belə cizgiləri olan parçalar digər geyimlərə nisbətən daha risklidir. Şaquli zolaqlı geyimlər isə əksinə sizi həm incə, həm də hündür göstərir.

3. Midi ətəklər

Qısa görünmək istəməyənlər mütləq midi ətəklərdən uzaq durmalıdırlar. Çünki bu cür uzunluqda paltarlar sizi olduğunuizdan daha qısa göstərəcək.

4. Uzun koftalar

Uzun koftalar ayağınızı olduğundan daha qısa göstərir. Üstünüzə geyinmək istədiyiniz boş və uzun koftaları şalvar və ya ətəkyin içinə salaraq istifadə etməlisiniz. Bu üsullar sizi qısa görünməkdən xilas edəcək.

5. Böyük çantadan istifadə etməyin

Böyük çantalar çox diqqət çəkən əşyalardandır. Lakin bu çantalar sizi daha qısa göstərəcək. Boyunuzu kəsməmək və olduğundan qısa görünməmək üçün böyük çantalar yerinə kiçik çantalara üstünlük verməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14412
avatar

Arzu Qurbanlı

Oxşar yazılar