Bu aksessuarlar sizi daha gənc  göstərəcək
30 iyul 2022 09:38 (UTC +04:00)

Bu aksessuarlar sizi daha gənc göstərəcək

Qadınlar daim gözəl və yaşından gənc görünmək istəyirlər. Gənc görünməyin sirlərindən biri də düzgün aksessuar seçimidir. Belə ki, sadə və asan detallarla daha cavan və dinamik görünüş əldə edə bilərsiniz. 

Lent.az gənc görünməyinizə kömək edəcək bir neçə aksessuarları təqdim edir: 

Rəngarəng şərflər, beretlər və şlyapa 

Rəngarəng aksessuarlar sizi hər zaman daha gənc göstərəcək. Çünki belə detallar enerjili görünməyə kömək edir. Bundan əlavə, rəngli şlyapalar, ipək şərflər zərifliyinizə zəriflik qatacaq. 

Saç aksessuarları 

Saç aksessuarlarından istifadə etməklə gənc bir görünüşə sahib ola bilərsiniz. Buna geyiminizə və tərzinizə uyğun rəngli saç bantları, çiçəkli sancaqları misal göstərmək olar. Amma bu zaman dağınıq saç modeli seçməməyiniz tövsiyə olunur. Əks halda qarışıq və səliqəsiz bir görüntü alınacaq. 

“Trendy” çantalar

Çanta seçimləri sizi olduğunuzdan daha yaşlı və ya daha cavan göstərə bilər. Yəni sizin çanta mövzusunda etməli olduğunuz tək şey modaya uyğun və şıq olanını seçməkdir. Cəsarətli olun və canlı rəngləri seçməkdən qorxmayın! 

Saatlar

Saatınız sizin haqqında çox şey deyir. Ona görə də saat seçərkən diqqətli və doğru seçim etməlisiniz. Rəngli və ya üzərində bəzəkləri olan saatlar sizin ayrılmaz aksessuarınz olmalıdır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Sevinc Fərid

Oxşar yazılar