Piylənmə 20-ci əsrin ortalarında yaranan və geniş yayılan "gənc" xəstəliklərdəndir. Həkimlər əsas səbəb kimi oturaq həyat tərzi və "fast food" mədəniyyətini göstərirlər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünyada 1,5 milyard insan artıq çəkidən əziyyət çəkir.
Lent.az bir saat ərzində neçə kalori itirməyin yollarını təqdim edir :
Yavaş gəzməklə 225 kalori itirmək mümkündür.
Bir saat qaçmaq 755 kalori yandırır.
Bel çantası ilə gəzməklə 637 kalori itirə bilərsiniz.
Velosiped yavaş sürməklə 364 kalori yandırmaq mümkündür.
Üzməklə 528 kalori itirmək olar.
Qolf oynamaqla kalori itirmək olar. Bir saat ərzində 391 kaloridən azad ola bilərsiniz.
Tennis oynamqla bir saat ərzində 728 kalori itirmək mümkündür.
Dağa çıxmaqla 546 kalori yandırılır.
Bir saat iplə hoppanmaq və qaçmaqla 1,074 kalori itirilir.