90-cı illərin kəmərli ətəkləri yenidən dəbə minib.
Lent.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bundan əlavə, 90-cı illərdə dəbdə olan bir neçə başqa tendesiyalar da geri qayıdıb.
Bu il kombinezon və balet ayaqqabıları yenidən aktual olacaq. Görünən odur ki, insanlar getdikcə böyük ölçülü şalvarlara üstünlük verirlər. Bu səbəbdən belə cinslər 2023-cü ildə daha da çox istifadə olunacaq.
90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində dəbdə olan arxası dekolteli geyimlər də bu ilin trendləri arasındadır.