70-ci illərin  pencək modeli   yenidən trendə çevrildi
23 fevral 2024 15:20 (UTC +04:00)

70-ci illərin pencək modeli yenidən trendə çevrildi

1970-ci illərdə məşhur olan məxmər gödəkçələr yenidən trendə çevrilib

Lent.az “Vogue” jurnalına istinadən xəbər verir ki, məxmər çoxdan köhnəlmiş hesab edilsə də, podiumda geri dönüş edib. Artıq onlar “Dries Van Noten” və “Tommy Hilfiger” kimi markalarının yeni kolleksiyalarında görünüb.

Bundan əlavə, bu qarderob əşyaları bir çox ulduzun diqqətini çəkib. Belə ki, britaniyalı müğənni Rita Ora qara rəngli fitinqli gödəkçə və buna bənzər şalvar geyinərək retro görünüş yaradıb.

Amerikalı model Hailey Bieber oxşar qəhvəyi blazeri əsas ağ köynək və enli cins şalvarla birləşdirib. Həmçinin, model Kaia Gerber öz kombininə gödəkçəyə qara top, düz cins şalvar və “Converse” idman ayaqqabısı əlavə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6453
avatar

Sevinc Fərid

Oxşar yazılar