2023-cü ilin önə çıxan paltarlarından biri də neon geyimlərdir.
Lent.az xəbər verir ki, 80-ci illərdə ortaya çıxan bu parçalar yenidən əsas tendesiyalar arasındadır. Bu geyimləri geyinən xanımlar olduqları məkanda diqqət mərkəzinə çevrilirlər. Gülməli və zövqsüz görünməmək üçün neon paltarları olduqca sadə şəkildə kombinləmək lazımdır.
Onu da qeyd edək ki, xanımlar neon paltarlar seçərkən diqqətli olmalıdır. Belə ki, sarışınların bu geyimlərdən çox istifadə etməsi məsləhət deyil. Çünki parlaq rənglər onların təbii gözəlliklərini geridə qoyacaq.