2021-ci ilin “Dünya Gözəli”  məlum oldu - VİDEO
13 dekabr 2021 09:45 (UTC +04:00)

2021-ci ilin “Dünya Gözəli” məlum oldu - VİDEO

2021-ci ilin “Dünya Gözəli” yarışmasının qalibləri bəlli olub. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İsraildə keçirilən yarışmanın qalibi Hindistan təmsilçisi Harnaz Sandhu seçilib. 

Finala daxil olan 10 iştirakçıdan yalnız 5-i münsiflərin aktual mövzularda suallarını cavablandırmaq imkanı əldə edib.

Son üçlüyə isə Hindistan, Paraqvay və Cənubi Afrika Respublikasından olanlar namizədlər qalıb. İkinci yerin sahibi Cənubi Afrika Respublikasının təmsilçisi olub. 

Qeyd edək ki, tədbir İsraildə ilk dəfə keçirilib və 70 ölkədən 80 yarışmaçı iştirak edib. 

Yarışmanın görüntülərini təqdim edirik. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3975
avatar

Sevinc Fərid

Oxşar yazılar