Yaponların xoşbəxt evliliyin sirri bu imiş - MARAQLI FAKT
22 iyul 2024 19:56 (UTC +04:00)

Yaponların xoşbəxt evliliyin sirri bu imiş - MARAQLI FAKT

Yaponlar ümumiyyətlə çalışqan olmaları, kiçik və sadə həyat sürmələri ilə tanınırlar. Bir çox insana qəribə görünən xüsusiyyətlərdən biri də həyat yoldaşlarının ayrı yatmasıdır. 

Bəs, yaponlar niyə həyat yoldaşlarından ayrı yatırlar?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yaponların xoşbəxt evliliyin sirri ayrı yatmaqdadır. Bunun səbəblərindən biri də hər kəsin fərqli iş qrafikinin olmasıdır.

Bu səbəbdən yaponlar işdən evə gec gələndə və ya səhər oyanmaq üçün işə gedəndə həyat yoldaşlarını oyatmamaq və yuxu keyfiyyətini pozmamaq üçün ayrı otaqlara üstünlük verə bilərlər.

Beləliklə, həyat yoldaşları bir-birlərinin daha yaxşı yata biləcəyini və özlərini daha sağlam hiss edə biləcəklərini düşünürlər. Bundan əlavə, yapon analar tez-tez uşaqları ilə yatırlar, bu onlar üçün çox vacibdir. Bu səbəbdən ata ana və uşaqla eyni yatağı paylaşıb paylaşmayacağına qərar verməlidir. Çünki yaponlar uşaqları ilə yatmağın onların daha rahat yuxuya getməsinə kömək edəcəyinə inanırlar.

Araşdırmalara görə, valideynləri ilə yatan uşaqlarda hərarət və ürək döyüntülərinin sabit olduğu müşahidə edilib. Həm də ani körpə ölümü sindromu ehtimalını azaldır.

Ayrı yatmaq bir çox insanlar tərəfindən ayrılıq əlaməti sayılsa da, yaponlar bu vəziyyəti fərqli qiymətləndirirlər. Yaponlar yuxuya böyük əhəmiyyət verirlər və yatarkən narahat olmaq istəmirlər. Bu səbəblə xoruldama kimi yuxu vəziyyətlərinə dözməyi sevməzlər.

Mütəxəssislər, xoruldayan partnyorla eyni yataqda yatmağın çətin olduğunu da ifadə edərək, yuxunun daha vacib olduğunu və bu səbəbdən ayrı yatmağın əlaqələri gücləndirə biləcəyini müdafiə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883
avatar

Arzu Qurbanlı

Oxşar yazılar