Yaddaşını itirən kişi yenidən həyat yoldaşına  AŞİQ OLDU
08 sentyabr 2022 13:44 (UTC +04:00)

Yaddaşını itirən kişi yenidən həyat yoldaşına AŞİQ OLDU

Avstraliyanın Kvinslend şəhərində bir kişi bədbəxt hadisə nəticəsində yaddaşını itirib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, başından ağır zərbə alan 36 yaşlı Lyuk Bakton ayıldıqdan sonra 9 aydır evli olduğu həyat yoldaşını belə tanımayıb. 

Bakton 6 aya yaxın xəstəxanada müalicə alıb. Bu müddət ərzində Melissa yoldaşını tək qoymayıb. Melissa Baktona itirdiyi xatirələri bərpa etməyə kömək edib. Hər nə qədər çalışsalar da, Lyukun yaddaşı geri qayıtmayıb. 

Amma buna baxmayaraq, Lyuk xəstəxanada qaldığı müddətdə yenidən həyat yoldaşına aşiq olub. Qadın isə açıqlamasında ərinə xitabən bunları deyib:

“O, mənim ən yaxşı dostumdur, həmişə belə olub və olacaq”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Sevinc Fərid

Oxşar yazılar