81 yaşlı alman milyonçu Horst-Diter Esç 26 yaşlı rus qadınla evlənib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yaşlı milyonerin dediyinə görə, Alina adlı Rusiya vətəndaşı özü varlı ailədən olduğu üçün onunla puldan ötrü evlənməyib. Diter Esç münasibətlərinin sevgi üzərində qurulduğunu iddia edir.
Məlum olub ki, cütlük iyunda ailə qurub, ondan əvvəl isə may ayında qızları Marselin dünyaya gəlib. Cütlük Münhenin cənubundakı Alp gölünün yaxınlığında yaxud Avstriyadakı Kitzbühel xizək kurortunda ev almağı planlaşdırır.
Qeyd edək ki, 1970-ci illərdə Horst-Diter Esç Almaniyada tikinti maşınları sahəsində uğurlu biznes quraraq IBH-Holding konsernini təsis edib. Lakin onun biznesi uğursuzluğa düçar olub və Esç hətta həbsxanaya düşüb. 1980-ci illərdə ABŞ-a mühacirət edib və Nyu-Yorkda “Wilhelmina International” model agentliyini yaradıb, biznes tərəfdaşlarından biri isə Donald Tramp olub. Esç hazırda Meksikada yaşayır.