ABŞ-da nikah mərasimindən dərhal sonra gəlin və bəy oteldə dava salıb və həbsxanaya düşüb.
Lent.az-ın xarici mediaya stinadla məlumatına görə, cütlük Florida ştatının Neypls şəhərində saxlanılıb. Dava haqda məlumat “Hilton” otelindən daxil olub.
Gələn polislər otel otağında burnu sınmış və paltarları cırılmış Con Qerhard və gəlinliyi qana boyanmış Stefani Cinası tapıblar.
Sorğu zamanı məlum olub ki, gənclər bir gün əvvəl evləniblər, gecə mübahisələri düşüb, səhər isə dava ediblər.
Gəlinin sözlərinə görə, mübahisə bəyin qardaşının təqsiri üzündən baş verib. Cinas etiraf edib ki, davanı o başladıb və bəyin üzünə kəllə vurub.
Bəylə gəlin tibbi yardımdan imtina ediblər və günahlarını boyunlarına alıblar, lakin buna baxmayaraq məişət zorakılığı ittihamı ilə həbs olunublar.