Toya bir gün qalmış gəlinin 25 yaş böyük  olduğunu öyrəndi
13 avqust 2024 18:02 (UTC +04:00)

Toya bir gün qalmış gəlinin 25 yaş böyük olduğunu öyrəndi

Yaponiyada bəy toydan bir gün əvvəl bilib ki, gəlini ondan 25 yaş böyükdür.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Yoşitake adlı bir oğlan Aki ilə tanış olanda 29 yaşı vardı. Onlar ilk görüşdən çox ortaq cəhətləri olduğunu görüb tezliklə görüşməyə başlayıblar. Oğlan qadının özündən böyük olduğunu bilsə də, aralarındakı fərqin cəmi iki-üç il olduğunu düşünərək heç vaxt onun yaşı ilə maraqlanmayıb. Bir müddət sonra cütlük evlənmək qərarına gəlib.

Toya bir gün qalanda Aki bəyə ondan 25 yaş böyük olduğunu deyib. Qadının sözlərinə görə, Yoşitakenin kobud reaksiya verməsindən qorxsa da, bəy bu məlumatı sakitliklə qəbul edib.

"Mən sizin əsl yaşınızla heç maraqlanmıram, fərqi yoxdur" deyə bəy cavab verib.

Toydan sonra cütlük Yaponiyanı səyahətə çıxıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8718
avatar

Oxşar yazılar