Rəssamın məzarı üstündə  cinsi əlaqəyə girən   ər-arvad tutuldu
03 fevral 2023 19:59 (UTC +04:00)

Rəssamın məzarı üstündə cinsi əlaqəyə girən ər-arvad tutuldu

Avstraliyanın Tasmaniya adasında evli cütlük qəbiristanlıqda cinsi əlaqəyə girdiyi və bir sıra digər qanunsuz hərəkətlər etdiyi üçün həbs edilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 57 yaşlı qadın və 54 yaşlı kişi Kressidə şəhərindəki anqlikan qəbiristanlığında çəkdikləri videolar internetdə yayılmağa başlayandan sonra saxlanılıblar. Görüntülərdə cütlüyün 1983-cü ildə dünyasını dəyişən rəssam Devid Hemmond Çepmanın məzarı üstündə cinsi əlaqədə olduğu əks olunub. Videolardan birində cütlük balıqdan da istifadə edib.

Nəticədə polis kişi və qadını vəhşilikdə və qəbiristanlıqda qadağan olunmuş hərəkətlər etməkdə ittiham edib. Onlar məhkəmə qarşısına çıxarılacaqlar.

Bildirilir ki, yerli qanunlara görə bu cür materialların hazırlanması və yayılmasına görə cütlük iki ilədək həbs oluna bilərlər. Bundan əlavə, bu cür materiallara sahib olduqlarına görə onlar bir il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5754
avatar

Oxşar yazılar