“Qarıyıb” sonra  ərə gedən   Hollivud ulduzları
06 yanvar 2023 19:12 (UTC +04:00)

“Qarıyıb” sonra ərə gedən Hollivud ulduzları

Azərbaycan dəyərlərinə görə, qızlar 30 yaşa qədər subay qalanda el dilincə “qarımış qız” statusu alır. Qərbdə isə bu yaş qadınların karyera yolunda sürətli addımlarla irəlilədiyi dövrdür.

Lent.az yaşı 35-i aşandan sonra ailə quran məşhurlar barədə məlumatı diqqətinizə çatdırır.

Məşhur kinoaktrisa Salma Hayek 46 yaşında ailə qurub. Hərçənd, ona "qarımış qız" demək olmazdı, çünki ərə gedəndə qızı Valentinanın 2 yaşı vardı. 2007-ci ildə o, milyarder Fransua Pino ilə birlikdə yaşayırdı və qızları Valentinaya hamiləydi. Həmin ərəfədə milyrderin başqa bir xanımla eşq macərası üzə çıxıb, Salma Pinodan ayrılıb. Yalnız 2 il sonra sevgilisi onun güvənini yenidən qazanıb və münasibətlərini rəsmiləşdirib.

“Spice Girls” qrupunun ulduzu Ceri Holluel 42 yaşında ailə qurub. O günə qədər saysız-hesabsız sevgililəri ilə gündəmə gələn müğənni nəhayət “sakitləşib”, "Red Bull" komandasının rəhbəri Kristian Xornerə ərə gedib.

Məşhur aktrisa Reyçel Veys “Qorxu evi” filmində aşiq olduğu tərəf müqabili Daniel Kreqlə 41 yaşında evlənməyə qərar verib.

Məşhur ulduz Penelopa Kruz 36 yaşında sevgilisinə “hə” deyib. Onun seçimi aktyor Xavyer Bardem olub. 20 illik sevgi macərası nəhayət, nikah masasında “evlilik” adı altında rəsmiləşib.

Hüquqşünas Amal Almuddinin adı məşhur aktyor Corc Kulininin arvadı olanda şöhrətlənib. O, 36 yaşında 52 yaşlı Kluni ilə nikah masasına oturub. 

Məşhur aktrisa Kemeron Dias uzun illər başqalarının ərlərini əllərindən almaqla və uğursuz sevgilərdən əziyyət çəkməklə adından söz etdirib. O, nəhayət, 42 yaşında ərə gedib və ömrünü rokçu Benc Meddenə bağlayıb.

 

# 2946
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar