Özü ilə evlənən qadın toya yarım milyon xərclədi
14 oktyabr 2023 19:27 (UTC +04:00)

Özü ilə evlənən qadın toya yarım milyon xərclədi

Amerikada özü ilə evlənən bir qadın toyuna yarım milyon rubl (təxminən 9 min manat) xərc çəkib.

Lent.az xəbər verir ki, 39 yaşlı Andria Conson ilk dəfə 2015-ci ildə evlənib. Qadının keçmiş əri ondan 14 yaş böyük olub. Zaman keçdikcə bu, qarşılıqlı anlaşılmazlıq və münaqişələrə gətirib çıxarıb. Nəticədə cütlük 2018-ci ildə boşanıb.

Conson bir neçə il keçmiş ərindən ayrıldığı üçün ümidsizliyə qapılıb və emosional ağrının öhdəsindən gəlmək üçün psixoloqa müraciət edib. Bir müddət sonra o, anlayıb ki, iztirabdan qurtulmaq üçün özünü sevmək lazımdır.

“İlk evliliyimdə qarşı tərəfə qeyd-şərtsiz məhəbbət bəxş edərək səhv addım atdım. Çünki ilk öncə o sevgini özümə verməli idim”, - deyə o bildirib.

Bunu dərk edən Conson özü ilə evlənmək qərarına gəlib. Özünə evlənmə təklifi edib və bir neçə ay sonra evlənib.

Özü ilə evlənən qadın toya heç bir qonaq dəvət etməyib:

“Bu mərasim mənim üçün şəxsi idi. Mən əhdimi yüksək səslə demək istəyirdim, amma ənənəvi böyük toy istəmirdim”.

Mərasim Meksikanın Tulum şəhərində baş tutub. O, qeyri-adi toya təxminən yarım milyon rubl (təxminən 9 min manata) yaxın pul xərcləyib.

Conson etiraf edib ki, bir çoxları onu özü ilə evlənmək qərarına görə mühakimə edib. Bəzi iş yoldaşları onun psixi sağlamlıq problemləri olduğunu düşünərək işdən çıxarılmasını tələb ediblər. Buna görə də  Conson işini itirib. Buna baxmayaraq, o, başqalarının fikirlərinə əhəmiyyət vermədiyini bildirir.

 “İnsanlar sizin haqqınızda nə istəyirlərsə, onu da düşünəcəklər. Əsas odur ki, siz istədiyinizi edəsiniz. Özümlə evlənmək mənə çox şey öyrətdi. Anladım ki, özümü sevməsəm, münasibətə heç bir töhfə verə bilməyəcəm”, - deyə Conson qeyd edib.

# 38580
avatar

Sevinc Fərid

Oxşar yazılar