"Qalatasaray"ın futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara argentinalı ulduzla ayrılmaq qərarına gəldiklərini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, xəbəri şəxsi “Instagram” hesabında yayan Vanda Nara mövzu ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib:
"Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Ancaq məruz qaldıqlarım və medianın fərziyyələrinə görə çox təfərrüatlara varmaq istəmirəm. Daha dəqiqləşdirəcək heç nəyim yoxdur. Bu ayrılıq haqqında daha ətraflı ipucu verməyəcəyəm. Zəhmət olmasa, təkcə mənim üçün deyil, uşaqlarımız üçün də anlamlı olun. Sizdən xahiş edirəm".