Nişanlısını həbs etdirib  qardaşı ilə evləndi
15 dekabr 2023 20:00 (UTC +04:00)

Nişanlısını həbs etdirib qardaşı ilə evləndi

Hindistanın Uttar-Pradeş ştatında polis bəyin sevgilisinin istəyi ilə toya müdaxilə edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qız gözlənilmədən ailəsinin nişanlısı olan gənc oğlanı başqası ilə evləndirməyə cəhd etdiyini aşkar edib. O, polisə gedib, xəyanətdən şikayət edib və nişanlısını həbs etdirib. Polis toy kortejini dayandıra bilib və münaqişənin bütün iştirakçılarını: qızın özünü, sevgilisini və gəlinin qohumlarını şöbəyə gətirib.

Kənd ağsaqqallar şurası mübahisəni həll etməyə başlayıb. Bütün tərəflərə uyğun bir həll yolu tapmağı bacarıblar. Gəlin həmin gün bəyin kiçik qardaşı ilə evlənməyə razılıq verib, bəy isə tezliklə sevgilisi ilə evlənəcəyinə söz verib. Bundan sonra hamı sərbəst buraxılıb.


 

# 6639
avatar

Oxşar yazılar