Amerikalı milyarderin keçmiş həyat yoldaşı, “Amazon”un qurucusu Ceff Bezos və dünyanın ən zəngin qadınlarından biri olan Makkenzi Skott ikinci əri, kimya müəllimi Den Cuettadan ayrılıb.
Lent.az bildirir ki, bu barədə “New York Times” xəbər verir.
Cütlüyün evliliyi iki ildən az çəkib.
Cütlüyün münasibətlərindəki problemin Skottun var-dövlətini tez bir zamanda paylaması, qeyri-kommersiya təşkilatlarına və digər qurumlara heç bir problem olmadan pul verməyə davam etməsi səbəbindən yarandığı qeyd edilir.
Hazırda dünyanın ən məşhur xeyriyyəçilərindən biri olan Skott 25 il birlikdə yaşadığı Bezosdan 2019-cu ildə boşandıqdan sonra “Amazon”dakı payının dörddə birini alıb. O zaman bu, 36 milyard dollar idi. Onun ən azı 12,7 milyard dollarını bağışladığı məlumdur.
“Forbes” hazırda Skottun sərvətini “Amazon” səhmlərinin o vaxtdan bəri artması səbəbindən 34,8 milyard dollar qiymətləndirir.
Cuettanın adı Skottun xeyriyyəçiliklə bağlı ictimai sənədlərindən silinib. Bundan əlavə, onların birlikdə çəkilmiş şəkli də internet saytından silinib.