Məktəb sevgililəri 70 il sonra  qovuşdular
16 fevral 2024 15:54 (UTC +04:00)

Məktəb sevgililəri 70 il sonra qovuşdular

ABŞ-da keçmiş orta məktəb sevgililəri 70 ildən sonra görüşüb və yenidən bir-birilərinə aşiq olublar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 90 yaşlı Bill Hassinqer və Miçiqanlı 92 yaşlı Coan Blakkan gənc yaşlarında məktəbdə tanış olublar. Onlar bir-birlərinə aşiq olublar və Blakkan orta məktəbi bitirib kollecə getmək üçün ayrılana qədər münasibətləri davam edib. Daha sonra başqa bir kişi ilə evlənib və üç övladı olub. Bu vaxt Hassinqer hərbi xidmətə gedib, sonra da evlənib və üç uşaq atası olub. O, 68 illik evliliyindən sonra 2021-ci ildə tək qalıb.

2022-ci ildə Blakkan liseydəki görüşünü keçirmək üçün sinif yoldaşları axtarıb ki, birdən ilk sevgisini də xatırlayıb. O, həyatının necə keçdiyini öyrənmək üçün Hassinqerlə əlaqə saxlamağı düşünüb. Məlum olub ki, kişi qonşu şəhərdə yaşayır. Telefon danışığından sonra cütlük naharda görüşüb.

Hassinqerin dediyinə görə, o, Blakkanın necə qocaldığını görsə də, lakin onun bir çox onilliklər əvvəl olduğu kimi parlaq və şən qaldığını bildirib. Tezliklə təqaüdçülər yenidən bir-birlərinə aşiq olub və qovuşublar. Hassinqer indi yeniyetməlik illərindən daha çox bir-birilərini sevdiklərini etiraf edib.

Məlumata görə, ahıl cütlük hər həftə sonunu birlikdə keçirir. Onlar həyatlarının qalan hissəsini birlikdə keçirəcəklərinə əmindirlər.

# 22116
avatar

Oxşar yazılar