İrina Şeyk və Bredli Kuper yenidən gündəmə gəliblər.
Lent.az bildirir ki, xarici mətbuat onların Baham adalarında birgə tətili ilə bağlı söhbətləri səngidən kimi yeni söz-söhbətlər ortaya çıxıb. Şayiələrə görə, keçmiş sevgililər daha bir uşaq haqqında düşünüblər.
“Bu, əsl ailə tətili idi və onlar yenidən bir araya gəlməyi düşünürlər. O, (İrina Şeyk-red.) qızının qardaşı və ya bacısı olmasını istərdi”, – “Page Six” öz mənbələrinə istinadən yazır.
Xatırladaq ki, İrina Şeyk və Bredli Kuper 5 illik münasibətdən sonra 2019-cu ildə ayrılıblar. Onlar birlikdə 5 yaşlı qızları Leyunu böyüdürlər.