İkardinin həyat yoldaşı  xəstəliyini   AÇIQLADI
30 oktyabr 2023 12:01 (UTC +04:00)

İkardinin həyat yoldaşı xəstəliyini AÇIQLADI

"Qalatasaray"dakı çıxışı ilə ad çıxaran argentinalı futbolçu Mauro Emanuel İkardi Riveronun həyat yoldaşı Vanda Nara sosial media hesabından xəstəliyi ilə bağlı açıqlama verib.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, Mauro İkardinin transferi mövsümün əvvəlində alınsa da, transfer prosesinin gec açıqlanmasına səbəb Vanda Naranın xəstəliyi olub. 

Transferdə gecikmənin səbəbinin Vanda Naranın xəstəliyi olduğu iddia edilərkən, argentinalı jurnalist Naranın leykoz xəstəsi olduğunu açıqlamışdı

Bu iddia argentinalı jurnalist Jorje Lanata Vanda Naranın xəstəliyinin leykemiya olduğunu açıqlayanda gündəmə gəlib.


 
Vanda Nara ilk dəfə xəstəliklə bağlı  açıqlama verib.

Sosial mediadan verdiyi açıqlamada leykoz xəstəsi olduğunu bildirən Vanda deyib: "Məndə leykoz var. Əvvəl "məndə bu xəstəlik var" deyirdim. Daha sonra "o xəstəlik" deyə bildim. İndi adı ilə deyirəm".

“Şkayət etməməyə qərar verdim”

Xəstəliyi ilə bağlı xəbərləri ilk dəfə gündəmə gətirən argentinalı jurnalist haqqında danışan Vanda Nara, "Hər həftə Fundaleudan həkimim doktor Migel Pavlovskiyə testlər göndərirəm. Mən də xəstəliyin gedişatına görə dəyişən müalicə alıram. Hər həftə nəticə almağa gedəndə nəfəsim kəsilir. Bu incə məsələdir. Məsələnin gizli qalmasına üstünlük verərdim, amma başa düşürəm. Lanatadan şikayər etməməyə qərar verdim. O, jurnalistdir. və əgər məlumat ona çatmışdısa, o bunu dərc etməli idi”.
 

# 3204
avatar

Oxşar yazılar